İngiltərədə elektromobillər üçün yüz minlərlə enerji doldurma məntəqəsi yaradılacaq

22 Noyabr 2021 08:30

Yaxın illərdə İngiltərədə elektromobillər üçün yüz minlərlə enerji doldurma məntəqəsi yaradılacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu Böyük Britaniyanın Baş naziri Boris Consonun dəftərxanası tərəfindən yayılmış dövlət başçısının Britaniya Sənaye Konfederasiyasının mənzil-qərargahında edəcəyi çıxışında ək olunub.

Consonun çıxışında iqtisadiyyatın yaşıl sənaye inqilabına uyğunlaşdırılmasının vacibliyi vurğulanır. Qeyd olunur ki, gələcəkdə yeni evlər və binaların tikintisi zamanı elektrik avtomobillər üçün enerji doldurma məntəqələrinin tikilməsi tələbi qoyulacaq, və bunun nəticəsində 145 000 yeni enerji doldurma stansiyası yaradılacaq.

Hökumət başçısının aparatı qeyd edir ki, bununla bağlı qanun layihəsi parlame

ntə artıq bu il təqdim edilməlidir və yeni standartlar gələn ildən qüvvəyə minəcək. Hesablamalara görə, Consonun qeyd etdiyi 145 minlik rəqəm hər il yaradılacaq məntəqələrin sayını əks etdirir.

Milli.Az