"G7" XİN başçıları dekabrda Liverpulda görüşəcək

22 Noyabr 2021 08:25

Dekabrda Liverpulda G7 ölkələrinin ("Böyük Yeddilik") xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə məlumatı Böyük Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Gələn ay Böyük Britaniyada, Liverpul şəhərində G7-nin xarici işlər və inkişaf nazirlərinin sammiti keçiriləcək", - deyə məlumatda qeyd olunur.

İclasda Fransa, Almaniya, İtaliya, Kanada, Yaponiya, Aİ XİN və ABŞ Dövlət Departamentinin rəhbərləri iştirak edəcək. Sammit üç gün ərzində - dekabrın 10-dan 12-dək baş tutacaq. Məlumatda həmçinin qeyd olunur ki, Zirvə görüşündə ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) ölklərinin nümayəndələri də iştirak edəcək.

XİN rəhbərləri postpandemiya dövründə iqtisadi dayanıqlıq, qlobal sağlamlıq və insan hüquqları daxil olmaqla bir sıra qlobal problemləri müzakirə edəcəklər.

Milli.Az