Yapon alimləri COVID-19 Delta ştammının ölkədə yox olduğunu ehtimal edirlər

22 Noyabr 2021 07:40

Yaponiyada koronavirusun delta ştammının özunü məhv etdiyi və bunun ölkədə COVID-19 hallarının azalmasına səbəb olduğu ehtimal edilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, yerli alimlər hesab edir ki, nsp14 zülalı zədələnmiş virusun yayılma xüsusiyyətləri daha aşağıdır ki, bu da koronavirusa yoluxanların sayını azaldan amillərdən biri ola bilər.

Yaponiyada COVID-19-a yoluxma hallarında azalma, gündə rekord sayda - demək olar ki, 26 min nəfərin aşkarlanmasından üç ay sonra müşahidə olunmağa başladı. Məlumatf görə, ölkədə yoluxanların sayı sutkalıq 200 nəfərə düşüb, noyabrın 7-də isə koronavirusdan ölüm halı qeydə alınmayıb.

Milli.Az