Rumen Radev Bolqarıstanda prezident seçkilərinin ikinci turunda qalib gəlir

22 Noyabr 2021 07:22

Bolqarıstanın hazırkı prezidenti Rumen Radev prezident seçkilərində qalib gəlir. Səsvermənin ikinci turunda, exit-polların nəticələrinə görə, o, təxminən 64% səs toplayıb. Onun rəqibi Anastas Gerdjikov 34% səs toplayıb, seçicilərin təxminən 2% -i hamının əleyhinə səs verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Gallup International" sosioloji agentliyinin məlumatına görə, seçicilərin 65,7%-i Radevə səs verib, "Alpha Research"in məlumatına görə, 63,7%-i onun namizədliyini dəstəkləyib. Gerdjikova seçicilərin müvafiq olaraq 31,4% və 33,1% səs verib.

Seçki fəallığının rekord dərəcədə aşağı olduğunu qeyd edilir. İkinci turda seçicilərin cəmi 33,7%-i iştirak edib.

Milli.Az