Brüsseldə sanitar tədbirlərə qarşı keçirilən nümayişlər iğtişaşlara çevrilib

21 Noyabr 2021 23:57

Brüsseldə 35 minə yaxın insanın toplaşdığı sanitar tədbirlərə qarşı "Azadlıq üçün birlikdə" adlı etiraz aksiyası polisin su şırnağı və gözyaşardıcı qazdan istifadə etməsi ilə başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, şəhər rəhbərliyi ilkin olaraq aksiyaya icazə verib. Etirazçılar Şimal vağzalından bulvar dairəsi ilə Cənub vağzalına doğru hərəkət edib. Təxminən saat 17:00-da polis nümayişin başa çatdığını və insanların evlərinə getməyə başladığını deyib, lakin 2000-ə yaxın insan ərazini tərk etməkdən imtina edib. Tpolis maşınlarının zədələnməyi, vandalizm aktları, o cümlədən şəhərdəki kafe və restoranların terraslarına hücumla nəticələnib

Onlar barrikadalar qurmağa, polisə daş və fişənglər atmağa başlayıblar. Buna cavab olaraq hüquq-mühafizə orqanları əməkdaşları gözyaşardıcı qaz və su şırnaqlarından istifadə ediblər.

Milli.Az