Moskvada yol qəzası: 9 yaşlı uşaq ölüb, yaralılar var

21 Noyabr 2021 22:44

Moskva vilayətində magistral yolda yük maşını və minik avtomobili toqquşub. Nəticədə 9 yaşlı uşaq ölüb, üç nəfər yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Qəza A107 magistralının 21-ci kilometrliyində baş verib. Həlak olanların hamısının minik avtomobilində olduğu bildirilir.

Hadisə yerində polislər işləyir, qəzanın baş vermə səbəbləri araşdırılır.

Milli.Az