Piyadanı maşın vurdu

21 Noyabr 2021 20:44

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə rayonun H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, "Hundai" markalı minik avtomobili ilə vurulan piyada ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Yaralının şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az