Ağdamda 29 yaşlı kişi bıçaqlanıb

21 Noyabr 2021 19:37

Ağdamda 29 yaşlı kişi bıçaqlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Xındırıstan kəndi ərazisində qeydə alınıb.

Rayonun Seyidli kənd sakini Mustafayev Elvin Rizvan oğlu naməlum şəxs tərəfindən bıçaqla vurulub. Hadisəni törədən şəxs hadisə yerindən qaçıb. E.Mustafayev təcili tibbi yardım maşını ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az