Koronavirusa qarşı çilçıraq maska - FOTO

21 Noyabr 2021 18:30

Yaponiyada lüks restoranlardan biri koronovirusdan qorunmaq üçün maraqlı addım atıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, restoranda masa arxasında müştərinin baş hissəni tamamiylə bağlayan çilçıraq maska istifadəyə verilib. 

Bu xidmət üçün isə müştərilərdən əlavə məbləğ tələb olunmur.

Milli.Az