Pərvin filmlərə 20 minə çəkilirmiş

21 Noyabr 2021 18:12

"Azərbaycanda çox aktrisa var, amma mənim qədər gündəm olan yoxdur. Sənətinə hörmət etdiyim aktyor və aktrisalar var. Amma onlar heç vaxt mənim qədər gündəmdə ola və tanına bilmirlər".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "Qısa qapanma" verilişində deyib. Sənətçi filmə 20 minə çəkildiyini deyib:

"Bunu biləndən sonra rejissorlar yoxa çıxıb. Boyum uzundur, gözəl poza verirəm deyə, adımı model qoyublar. Amma mən aktrisayam, model yox".

Milli.Az