Yoluxanların sayı açıqlandı

21 Noyabr 2021 16:35

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1189 yeni yoluxma faktı qeydə alınıb, 2537 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Milli.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 25 nəfər COVID-19-dan dünyasını dəyişib.

Milli.Az