Ermənistanda COVİD-19-a yoluxanların sayı 334 075 nəfərə çatıb

21 Noyabr 2021 15:50

Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 334 075 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ötən sutka ərzində daha 492 nəfər COVİD-19-a yoluxub, 25 nəfər ölüb.

Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 7 278 nəfərə çatıb. Koronavirusa yoluxan və digər səbəblərdən isə ötən sutka ərzində 1 nəfər həyatını itirib. Bununla da koronavirusa yoluxan və digər səbəblərdən ölənlərin sayı 1405 nəfərə yüksəlib.

Milli.Az