Myanmada dalğa 15 nəfərin ölümünə səbəb olub

21 Noyabr 2021 15:20

Bu gün Myanmanın cənubundakı Mon ştatında dalğa ən azı 15 nəfərin ölümünə səbəb olub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə yerli vaxtla saat 07.30 radələrində baş verib.

Sahil boyu hərəkət edən zəvvarları dalğa dənizə sürükləyib.

Hazırda xilasetmə əməliyyatı aparılır.

Milli.Az