Polşa Belarusla sərhədləri bağlaya bilər

21 Noyabr 2021 13:50

Miqrant böhranı ilə əlaqədar Polşa Belarusla sərhədləri bağlayacağını istisna etmir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu bu gün Tallində eston həmkarı Kayey Kallass ilə görüşdən sonra Polşa Baş naziri Mateuş Moravetskiy bildirib.

Hazırda Polşa yalnız Kuznitsa sərhəd-keçid məntəqəsində bir avtomobil keçidini bağlayıb. Baş nazir deyib ki, daha ciddi sanksiyalar, o cümlədən Polşa-Belarus sərhədinin bağlanması barədə düşünürlər

Milli.Az