16 yaşım olanda ağzımı əli ilə bağlayaraq məni zorladı - Məşhur futbolçudur

21 Noyabr 2021 11:58

Kubalı Mavis Alvares əfsanəvi futbolçu Dieqo Maradonanı cinsi zorakılıqda ittiham edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə xanım Argentinanın "Infobae" qəzetinə müsahibəsində danışıb.

O, hadisənin 21 il öncə baş verdiyini bildirib.

Hazırda 37 yaşı olan qadının sözlərinə görə, o 16 yaşındaykən Kubada, futbolçu ilə eyni mərkəzdə narkotik asılılıqdan müalicə alıb. Sözügedən hadisə də məhz o zaman baş verib.

Alvaresin bildirib ki, Maradona ilə eyni otaqda olan zaman futbolçu səs salmaması üçün onun ağzını əli ilə bağlayaraq zorlayıb.

Milli.Az