"Aziz" bu pəhrizlə 10 kiloqram arıqladı

21 Noyabr 2021 11:35

Türkiyəli aktyor Murad Yıldırım yeni serialı "Aziz" üçün pəhriz saxladığını açıqlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor 3 ay ərzində 10 kiloqram arıqladığını bildirib. Həmin vaxt ərzində meyvə-tərəvəz yeməyə üstünlük verən Yıldırım siqareti də tərgidib.

Hər gün yürüş edən aktyor bitki çayları və bol su içdiyini də qeyd edib.

Milli.Az