Kadir İnanır xəstəxanaya yerləşdirildi

21 Noyabr 2021 09:00

"Yeşilçam" ulduzu Kadir İnanır xəstəxanaya yerləşdirilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyorun qəfildən vəziyyətinin pisləşməsinə səbəb beyin damarında yaranan laxtalanma olub.

Bədəninin 80 faizi iflic olma riski ilə qarşı-qarşıya qalan Kadir İnanırın hazırda reanimasiyada olduğu və vəziyyətdən asılı olaraq əməliyyat olunacağı bildirilib.

Milli.Az