Bakıda 20 yaşlı gənc oğlanı avtomobil vurub

20 Noyabr 2021 23:42

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2001-ci il təvəllüdlü Əhmədov İlkin Vuqar oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az