“Nizami” baleti yenidən Opera və Balet Teatrının səhnəsində

20 Noyabr 2021 22:31

Azərbaycan Dövlət Opera və Balet Teatrında Fikrər Əmirovun "Nizami" baletinin premyerası keçirilib.

Tamaşada Mədəniyyət Nazirliyinin rəsmiləri də iştirak ediblər.

Tamaşanın musiqi rəhbəri və dirijoru respublikanın Əməkdar artisti Əyyub Quliyev, libretto müəllifi Əjdər Ulduzdur. Tamaşanın xoreoqrafiyasını Azərbaycanın Xalq artisti, balet truppasının bədii rəhbəri, xoreoqrafiya üzrə professor Kamilla Hüseynova həyata keçirib. Quruluşçu rəssam Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir.

Qeyd edək ki, tamaşa Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə elan edilmiş "Nizami ili" çərçivəsində baş tutan ən dəyərli layihələrdən biridir, Mədəniyyət Nazirliyinin keçirdiyi yubiley həftəsi məhz bu tamaşa ilə başa çatacaq.

Milli.Az