Türkiyədə “Kirpi” zirehli maşını qəzaya uğradı: Üç hərbçi yaralandı

20 Noyabr 2021 22:03

Türkiyənin Hatay bölgəsində silahlı qüvvələrə aid "Kirpi" zirehli maşını qəzaya uğrayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, qəza nəticəsində üç hərbçi yaralanıb. Xəstəxanaya çatdırılan hərbçilərin vəziyyətinin yaxşı olduğu bildirilir. Qəzaya səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilib.

Milli.Az