“Qalatasaray” “Arsenal”ın futbolçusunu istəyir

21 Noyabr 2021 03:01

"Arsenal"ın yarımmüdafiəçisi Məhəmməd el-Neni karyerasını Türkiyədə davam etdirə bilər.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, 29 yaşlı futbolçu "Qalatasaray"ın maraq dairəsindədir.

"Cim-bom"un baş məşqçisi Fatih Terim misirli orta sahə oyunçusunu sərəncamında görmək istəyir. İstanbul təmsilçisi yay fasiləsində reallaşdıra bilmədiyi keçidi yanvarda həyata keçirmək niyyətindədir.

Qeyd edək ki, Məhəmməd el-Neni bu mövsüm "Arsenal"ın heyətində 4 oyun keçirib.

Milli.Az