30-cu dəfə kemoterapiya olunacaq

20 Noyabr 2021 17:52

Xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa Tünzalə Əliyevanın (Toppuş bacı) səhhətində növbəti dəfə problem yaranıb.

Milli.Az Olay-a istinadən xəbər verir ki, sənətçi 29-cu dəfə kemoterapiya qəbul etdiyini söyləyib:

"Bir də bu həftə 30-cunu qəbul edəcəm. Bu dəfə sümüyümdə və ağciyərimdə törəmə aşkarlanıb. Çalışıram ki, yaxşı olum".

Milli.Az