Gürcüstanda son sutkada koronavirusa 4 318 yoluxma halı qeydə alınıb, 70 nəfər ölüb

20 Noyabr 2021 13:03

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4 318 yoluxma halı qeydə alınıb, 70 nəfər ölüb.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 808 889, ölənlərin sayı isə 11 422 nəfərə çatıb. Virusa yoluxanlardan 743 927 (91%) nəfərin sağaldığı bildirilir.

Milli.Az