ÜST ölkələrə çağırış etdi

20 Noyabr 2021 12:54

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Fadela Şaib bildirib ki, koronavirus pandemiyasına qarşı reaksiyanı ölkələrin səlahiyyətli orqanları özləri müəyyən edir. Bununla belə, onlar insan haqları məsələlərini nəzərə almalıdırlar.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bundan əlavə, o, ÜST nöqteyi-nəzərindən peyvəndin məcburi olub-olmaması sualına mənfi cavab verdi.

Nəticədə, təşkilat ölkələrə tövsiyə edir ki, milli proqramda müəyyən edilən bütün qruplar üçün mövcud olan vaksinlərin mövcudluğunu təmin etməkə bağlı bütün səyləri davam etdirsinlər.

Milli.Az