Nazir miqrasiya böhranının səbəbini açıqladı

20 Noyabr 2021 10:24

Genişmiqyaslı miqrasiya böhranı Avropa İttifaqı (Aİ) ölkələri arasında sərbəst gediş-gəliş siyasəti və açıq sərhədlər səbəbindən başlayıb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bunu Britaniya Daxili İşlər Nazirliyinin rəhbəri Priti Patel deyib.

Nazirin sözlərinə görə, üzv dövlətlər arasında milli sərhədləri ləğv edən Şengen sazişi Fransanın Böyük Britaniyaya getməyə çalışan miqrantlarla "su altında qalmasına" səbəb olub. Qanunsuz miqrantlar La-Manş boğazını üzərək Böyük Britaniyaya çatmaq üçün bütün mümkün vasitələrdən istifadə edirlər. Onları maliyyə imtiyazları və qaçqın statusu almaq imkanı cəlb edir.

"Unutmayaq ki, qeyri-qanuni miqrasiya axınlarının əsl problemi Aİ-nin öz sərhədlərini qorumaq üçün heç bir vasitəsinin olmamasıdır - Şengen sərhədləri açıqdır", - deyə Patel yekunlaşdırıb.

Milli.Az