Daha bir koronavirus dərmanı təsdiqləndi

20 Noyabr 2021 08:09

Avropa Dərman Agentliyi (EMA) Covid-19-un müalicəsi üçün daha bir dərman preparatını təsdiq edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  "Merck" şirkətinin koronavirus əleyhinə həbləri təcili istifadə üçün tövsiyə olunub.

Qərarda göstərilir ki, preparatdan əlavə oksigenə ehtiyacı olmayan gənc xəstələr istifadə edə bilər. Dərman vasitəsi gündə 2 həb olmaqla 5 gün qəbul edilməlidir.
Dərmanın apteklər vasitəsi ilə kütləvi satışına hələlik icazə verilmir.

Milli.Az