Slovakiyada yoluxma halları artdığı üçün hökumət yeni tədbirlər barədə qərar qəbul edib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bazar ertəsindən etibarən ictimai və əyləncə məkanları vaksinasiya kursu keçməmiş vətəndaşlar üçün 3 həftə ərzində bağlı olacaq.
İşçilərdən isə neqativ test nəticəsi tələb olunacaq. Əvvəllər mənfi test nəticəsi ilə girmək mümkün olan obyektlərlə bağlı da qayda dəyişib. Məqsəd vaksinasiya prosesini sürətləndirməkdir.
Milli.Az