Moskvada sarı həyəcan səviyyəsi elan edilib

20 Noyabr 2021 08:32

Moskva şəhəri və Moskva vilayətində əlverişsiz havaya görə sarı həyəcan səviyyəsi elan olunub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hidrometeoroloji xidmətdən bildirilib ki, sarı həyəcan havanın potensial təhlükəli olmasını göstərir.

Rusiyanın paytaxtında və ətraf ərazilərdə şənbə və bazar günləri küləyin sürəti saniyədə 20 metrə çata bilər. Bundan əlavə, yaxın 2 gün ərzində qar yağacaq, yollar buz bağlayacaq.

Milli.Az