Bayden səlahiyyətlərini Kamala Harrisə ötürəcək

19 Noyabr 2021 18:54

ABŞ Prezidenti Co Bayden səlahiyyətlərini qısa müddətlik vitse-prezident Kamala Harrisə ötürəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, Bayden tibbi müayinədən (kolonoskopiya) keçmək üçün anesteziya olunacaq, buna görə də Prezident səlahiyyətlərini müvəqqəti olaraq vitse-prezident Kamala Harrisə ötürəcək.

Milli.Az