Dünyaca məşhur şouda azərbaycanlı

19 Noyabr 2021 20:42

Dünyaca məşhur "Central Asia's Got Talent" (Talant Mərkəzi Asiya ) şousunda münsiflər heyətinin tərkibində bir azərbaycanlı məşhur olacaq.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə Xəzər Media Mərkəzindən bildirilib.  Qeyd olunub ki, sözügedən tanınmış şəxsin kimliyi noyabr ayının 25-də keçiriləcək mətbuat konfransında açıqlanacaq.

Bildirilib ki, Azərbaycan üzrə seçim turları noyabrın 24-ü başlayacaq. Vurğulanır ki, şouda yaş məhdudiyyəti yoxdur. Kastinq iki gün, 24-25 noyabr tarixlərində, saat 10:00-dan 17:00-dək  Bakıda, "Xəzər" TV-də keçiriləcək. İştirak üçün şəxsiyyət vəsiqəsi mütləqdir.

Milli.Az