Məşhur futbolçu adam bıçaqladığı üçün məhkəmə qarşısında

19 Noyabr 2021 20:00

Moskvanın "Spartak" klubunda çıxış edən Kvinsi Promes cinayətə təşəbbüsdə ittiham olunur.

Milli.Az qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə Niderland mətbuatı məlumat yayıb.

Promes ötən il ailə partisində əmisi oğlunu dizindən bıçaqlayıb. 29 yaşlı yarımmüdafiəçi adam öldürməyə təşəbbüsdə ittiham olunur və məhkəmə qarşısına çıxacaq.

Promesin mühakimə olunacağı vaxt bilinmir.

Milli.Az