Zəngəzur dəhlizi reallaşır - Ermənistan sənədi imzalayacaq

19 Noyabr 2021 13:25

Ermənistan parlamentinin təhlükəsiszlik və müdafiə məsələləri daimi komissiyasının sədri Andranik Koçaryan sensasion açıqlama ilə çıxış edib.

Milli.Az erməni xəbər agentliklərinə istinadən bildirir ki, Koçaryanın bəyanatına görə, Ermənistan Rusiyanın təklifini qəbul etməsi barədə yazılı müraciət göndərib. "Mən bu barədə bir qədər məlumatlıyam və deyə bilərəm ki, söhbət sıfır nöqtədən gedir. Ermənistan demarkasiya və delimitasiya prosesində iştirakını təsdiqləyib. Hələ məzmun barəsində danışmaq tezdir, biz sadəcə hazırlıq işlərindən danışa bilərik" - deyə komissiya sədri vurğulayıb.

Kamran Seyidov
Milli.Az