Seda Sayan özündən 15 yaş kiçik sevgilisi ilə kameralara tuş gəldi - VİDEO

20 Noyabr 2021 05:31

Türkiyəli müğənni Seda Sayan özündən 15 yaş kiçik sevgilisi ilə bərabər paparazzilərə yaxalanıb.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, musiqiçi Ata Çağlayanla eşq yaşadığını inkar edən Seda restoranda sevgilisi ilə "yaxalanıb".

Birgə görüntülənmək istəməyən cütlüyün köməyinə Seda Sayanın rəfiqəsi Safiye Soyman çatıb. Ata Çağlayan Safiye Soymanın avtomobili ilə məkandan uzaqlaşıb.

Həmin görüntüləri təqdim edirik: 

Milli.Az