Ukrayna parlamenti Türkiyə ilə hərbi sazişi təsdiqlədi

18 Noyabr 2021 23:06

Ukrayna parlamenti "Ukrayna-Türkiyə hökumətlərarası hərbi baza sazişinin təsdiq edilməsi haqqında" qanun layihəsini təsdiqləyib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, qanun layihəsi 450 deputatdan ibarət parlamentdə 303 deputatın səsi ilə qəbul edilib.

Ukrayna Prezidenti Vladimir Zelenskinin 2020-ci il oktyabrın 16-da İstanbula səfəri zamanı imzalanan saziş qarşılıqlı hərbi əməkdaşlığın hüquqi əsasını təşkil edir.

Milli.Az