ANS-in keçmiş aparıcısı ana oldu

18 Noyabr 2021 20:30

ANS-in keçmiş aparıcısı Gülnarə Məmmədova ana olub.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat verib.  Eks-aparıcı oğlan övladının dünyaya gəldiyini vurğulayıb.

Qeyd edək ki, Türkiyədə yaşayan G. Məmmədova 2015-ci ildə Özgür adlı iş adamı ilə ailə qurub. O, qız övladını 2018-ci ildə itirib.

Xatırladaq ki, o, ANS-də "Kamerton", "Xonça" kimi verilişlərin aparıcısı olub.

Milli.Az