Musiqi sənayesində qadın bərabərliyini gücləndirmək üçün "Spotify" tərəfindən həyata keçirilən "EQUAL" musiqi proqramı bütün dünyada rezonans yaratmaqda davam edir.
Milli.Az olay-a istinadən xəbər verir ki, noyabr ayının "EQUAL" siması əfsanəvi sənətçi Ajda Pekkan olub.
Bu səbəbdən də sənətçi Nyu-Yorkdakı "Times" meydanında görünüb. Dijital ekranda Pekkanın posteri əks olunub.
Milli.Az