“Çox həyəcanlıyıq” – Başak təsdiqlədi

18 Noyabr 2021 20:54

Tanınmış aktyor Kıvanç Tatlıtuğun xanımı Başak Dizer ana olacağı barədə yayılan xəbərə münasibət bildirib.  

Milli.Az olay-a istinadən xəbər verir ki, o, "2. sayfa" proqramının aparıcıları Gülşen və Mügeyə mesaj göndərərək məlumatların doğru olduğunu bildirib:

"Xəbərlər doğrudur. Çox həyəcanlı və xoşbəxtik", - deyə B. Dizer bildirib. 

Başak uşağın cinsiyyətinin bəlli olmadığını da vurğulayıb. 

Milli.Az