Rusiyada daha 37 374 nəfər koronavirusa yoluxub

18 Noyabr 2021 19:48

Rusiyada son sutka ərzində daha 37 374 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Rusiyada COVID-19-a yoluxanların sayı 9 219 912 nəfərə çatıb.

Son sutka ərzində 1 251 nəfərin COVID-19-dan öldüyü bildirilib. Ümumilikdə ölkədə bu virusdan ölənlərin sayı 260 335 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniydan sonra üçüncü yerdə gəlir.

Milli.Az