Bakıda bu ərazidə hərəkət iki günlük məhdudlaşdırılacaq

18 Noyabr 2021 11:16

Bakı şəhəri, Yasamal rayonu Əbdülvahab Salamzadə küçəsinin Tbilisi prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsünün temperatur şovlarının yenilənməsi ilə əlaqədar olaraq noyabr ayının 20-i və 21-də körpü üzərində "Qələbə" dairəsi istiqamətində hərəkət məhdudlaşdırılacaq.

Bu barədə Milli.Az-a Azərbacyan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Məlumatada qeyd olunub ki, alternativ olaraq sürücülər Əbdülvahab Salamzadə küçəsinin sağ kənar yolundan istifadə edə bilərlər.

Milli.Az