Beyninə qan sızan müğənni-bəstəkar Pərviz Mahmudov reanimasiyadan çıxıb.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, özünü yaxşı hiss edən sənətçi sosial şəbəkədə yeni görüntüsünü paylaşıb.
Pərviz onun üçün dua edənlərə təşəkkürünü bildirib.
Qeyd edək ki, beyninə qan sızan Pərviz noyabrın 10-dan xəstəxanaya yerləşdirilib.
Milli.Az