Rüfətin Qarabağ kolleksiyası Rusiya şousunda

18 Noyabr 2021 12:52

Rusiyanın ən məşhur tok-şoularından biri olan "Modnıy Priqovor" verilişinin növbəti buraxılışı azərbaycanlı dizayner Rüfət İsmayılın "Sumax" adlı kolleksiyasının nümayişi ilə başlayıb.

Milli.Az Olay-a istinadən xəbər verir ki, proqramın aparıcısı Aleksandr Vasilyev "Gəlin Parisdə və Azərbaycanda moda həftəsinə gedək",- deyə bildirib.

Dizaynerin kolleksiyasının təqdimatında baş model Günay Musayeva olub.

Qeyd edək ki, "Sumax" kolleksiyasında R. İsmayıl Azərbaycan xalçalarından, o cümlədən Qarabağdan ilhamlanıb. Kolleksiya ilk dəfə 2021-ci ilin oktyabr ayının əvvəlində Parisdə Moda Həftəsi çərçivəsində təqdim olunub.

Milli.Az