İlayda Alişanın batil inancı

18 Noyabr 2021 16:10

Türkiyəli aktrisa İlayda Alişan açıqlaması ilə gündəmə gəlib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, aktrisa vərdişindən bəhs edib:

"Batil inanclarım var. Televizora baxarkən heç vaxt tək rəqəmlərin üzərinə basmıram, ancaq cüt rəqəmlərə toxunuram. Uşaq vaxtlarımdan belə bir vərdişim var".

Alişan estetik əməliyyat etdirməsi ilə bağlı da sualları cavablandırıb:

"15 yaşımda bu işə başlamışam. İndiki halımla o vaxtın şəkillərini kollaj edirlər. Nə deyə bilərəm?".

Milli.Az