Həkimlər qrupu: Saakaşvili komaya düşə bilər

18 Noyabr 2021 11:32

Türmə xəstəxanası Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin müalicəsi üçün tələb olunan şərtlərə cavab vermir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xalq müdafiəçiləri yanında çoxfunksiyalı həkimlər qrupunun rəyində deyilir.

Bildirilib ki, həkimlər Saakaşvilini ziyarət edib və diaqnostika aparıb:

"Saakaşvilinin vəziyyəti kritikdir. Diaqonoza əsasən getdikcə vəziyyəti daha da pisləşəcək və nəticədə epilepsiya, koma, mədə qanaxması və s. fəsadlar müşahidə oluna bilər".

Milli.Az