Kiyev bunu bilir, ona görə hücum etməyəcək - Kuzmin

18 Noyabr 2021 10:44

Ukraynalı siyasətçilərin fikrincə, Krım uğrunda müharibə boş qətnamələr çərçivəsində qalır, çünki Kiyev bilir ki, düşmənçilik hərəkətləri Rusiyaya hücum kimi qiymətləndiriləcək.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Gennadi Kuzmin deyib.

"Krımda insan haqlarının vəziyyətini ciddi şəkildə müzakirə etmək sadəcə olaraq mümkün deyil. 2014-cü il referendumunda demək olar ki, əhali yekdilliklə Rusiya ilə birləşməyə səs verdi. Krıma hücum Rusiya Federasiyasına hücumdur. Ukrayna bunu bilir. Siz də bilirsiniz", - Kuzmin vurğulayıb.

Milli.Az