Anbarda çalışan fəhlə aşan alkoqol rəflərinin altında qaldı - ANBAAN VİDEO

18 Noyabr 2021 14:10

Rusiyanın Krasnoyarsk diyarında yerləşən supermarketin anbarında bir nəfərin ağır xəsarət alması ilə nəticələnən insident yaşanıb.

Belə ki, anbarda işləyən fəhlə alkoqolların yerləşdirildiyi rəflərin aşması nəticəsində onların altında qalıb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, fəhlə ağır vəziyyətdə dağıntılar altından çıxarılaraq təcili tibbi yardım xidmətinin həkimlərinə təhvil verilib.

Onun vəziyyəti kritik olaraq qiymətləndirilir.

Hadisə anbaan anbarda olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Milli.Az