Meksikanın Tapalpa şəhərində avtomobil yolunun kənarında görünən Benqal pələngi sürücülərin təəccübünə səbəb olub.
Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, yoldan keçən sürücülər pələngin görüntülər mobil telefonlarına çəkərək sosial şəbəkələrdə ictimailəşdiriblər.
Qeyd edək ki, Benqal pələnginə əsasən Hindistanda, Banqladeşdə, Nepalda rast gəlinir.
Pələngin bu növünün Meksikada görünməsi yerli sakinlər üçün yenilik hesab olunur.
Milli.Az