Kərim Tahirov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi

17 Noyabr 2021 17:56

Prezident İlham Əliyev K.M.Tahirovun 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında Sərəncam verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamla Azərbaycanda kitabxana işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Kərim Məhəmməd oğlu Tahirov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib.

Milli.Az