Ermənistanla sərhəddə şəhid olan hərbçi Gəncədə dəfn olunub - FOTO

17 Noyabr 2021 16:46

Ermənistanın dövlət sərhədində törətdiyi təxribatla bağlı gedən döyüşlərdə şəhid olan hərbçi Natiq Əliyev Gəncədə dəfn olunub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, şəhid Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, ictimaiyyət nümayəndələri, Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi, icra başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, hərbçilər iştirak edib.

Milli.Az