İtaliyada 3,1 milyon nəfərə COVID-19-a qarşı üçüncü doza peyvənd vurulub

17 Noyabr 2021 20:05

İtaliyada indiyədək təxminən 3 milyon 120 min nəfərə COVID-19 infeksiyası əleyhinə üçüncü doza peyvənd tətbiq edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə səhiyyə naziri Roberto Speranza deyib.

O bildirib ki, hazırda peyvəndin birinci dozasını qəbul edənlər ölkə əhalisinin 86,79 faizini, hər iki dozanı vurduranlar isə 84 faizini təşkil edir. COVID-19-a qarşı vaksinin tətbiqi İtaliyada bu vaxtadək təxminən 12 min ölümün qarşısını alıb.

Qeyd edək ki, İtaliyada sentyabrın 20-dən tətbiqinə başlanılan üçüncü doza peyvənd əsasən yaşı 80-dən yuxarı və xroniki xəstəlikləri olanlara vurulur. Dekabrın 1-dən etibarən isə yaşı 40-60 arasında olanlara üçüncü doza peyvəndin tətbiqinə başlanılacaq. İtaliyada vaksinasiya sertifikatını həm dövlət, həm də özəl sektor üçün məcburi edən qanun oktyabrın 15-dən qüvvəyə minib.

Milli.Az