Təcili səfər: general Rüstəm Muradov yenə vasitəçilik edəcək

17 Noyabr 2021 13:25

Rusiyanın Cənub Hərbi Dairəsinin komandan müavini, Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradov məzuniyyətini vaxtından əvvəl başa vurub.

Milli.Az Ermənistan mediasına istinadən bildirir ki, o, iki saat sonra İrəvanda olacaq.

R.Muradovun Ermənistana təcili səfərinin məqsədi danışıqlar aparmaqdır.

Məzuniyyəti dekabrın 5-də başa çatası general-leytenant Rüstəm Muradov daha sonra rəsmi Bakı ilə danışıqlara qatılacaq, yenə vasitəçilik edəcək.

Milli.Az